Rütte Ukraynada "Patriot" raketlərinin istehsalı ilə bağlı çağırışı şərh etməkdən imtina edib
NATO-nun Baş katibi Mark Rütte Kiyevin ABŞ-nin lisenziyası ilə Ukrayna ərazisində "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər istehsal etməyə icazə verilməsi barədə çağırışını şərh etməkdən imtina edərək, bunu "ikitərəfli münasibətlər məsələsi" adlandırıb.
Operativ Media xəbər verir ki, Rütte bu barədə NATO sammitindən əvvəl keçirilən mətbuat konfransında ukraynalı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bu, NATO ölkəsi ilə tərəfdaş ölkə arasındakı ikitərəfli münasibətlər məsələsidir. Hesab edirəm ki, müzakirələr davam edir, ona görə də hələlik yeni bir şey gözləməyə dəyməz", — deyə o qeyd edib.
O, həmçinin vurğulayıb ki, böyük həcmdə hərbi məhsul istehsalında təkcə Avropanın deyil, ABŞ-nin da problemləri var. Baş katib ABŞ Prezidenti Donald Trampın hərbi-sənaye şirkətlərindən mütəmadi olaraq daha çox istehsal tələb etdiyini xatırladıb. Rütte əlavə edib ki, o, ümumilikdə hərbi istehsalın artmasına səbəb olan hər bir əməkdaşlığı müsbət qarşılayır.