Menyu

Tramp Rusiya və Ukraynanın münaqişəyə son qoymaq istədiyini bildirib

Operativ Media
Tramp Rusiya və Ukraynanın münaqişəyə son qoymaq istədiyini bildirib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp həm Moskvanın, həm də Kiyevin Ukraynadakı münaqişənin nizamlanmasında maraqlı olduğuna əmindir.

Operativ Media ​xəbər verir ki, Ağ Evdə jurnalistlərlə söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyəti şərh edən ABŞ lideri "Prezident Putin bunun başa çatmasını istəyir. Bunu sizə çox qətiyyətlə deyirəm", — deyə bəyan edib. Bununla yanaşı, Tramp iyulun 4-də Putinlə baş tutan telefon danışığını yüksək qiymətləndirib. "Yaxşı bir telefon danışığı oldu", — deyə ABŞ Prezidenti bildirib. Tramp həmçinin "O, bunu başa çatdırmaq istəyir. Ukrayna da bunu başa çatdırmaq istəyir. Və biz danışıqlar aparırıq. Zelenski də əslində bunun indi başa çatmasını istəyir", — deyə iddia edib.

​"Biz NATO sammitinə gedəcəyik və orada bu barədə danışacağıq", — deyə Tramp məlumat verib. ABŞ lideri "Düşünürəm ki, biz Ukraynada nizamlanmaya nail olacağıq", — deyə əlavə edib.

Əlaqəli Xəbərlər