Menyu

İsrail ordusu HƏMAS-ın hərbi qanadının təlim rəhbərinin zərərsizləşdirildiyini açıqlayıb

Operativ Media
İsrail ordusu HƏMAS-ın hərbi qanadının təlim rəhbərinin zərərsizləşdirildiyini açıqlayıb
1 dəq oxu

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının hərbi qanadının təlim idarəsinin komandirini zərərsizləşdirmək məqsədilə Qəzza zolağının şimalına zərbə endirib.

Operativ Media xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

​Bəyanatda bildirilir: "İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalına zərbə endirərək HƏMAS-ın hərbi qanadının təlim idarəsinin komandiri Fadi Falah Aşur Daqmaşı zərərsizləşdirib. O, yaraqlıların hazırlıq proqramlarına rəhbərlik edirdi və Qəzza zolağında SAXAL qoşunlarına qarşı döyüş əməliyyatlarına başçılıq edənlər arasında olub".

​Mətbuat xidmətindən həmçinin qeyd edilib ki, zərbədən əvvəl mülki əhaliyə dəyə biləcək ziyanı minimuma endirmək üçün müvafiq addımlar atılıb.

Əlaqəli Xəbərlər