Yaponiya NATO sammitində əməkdaşlığın genişləndirilməsi kursunu təsdiqləyəcək
Yaponiya NATO, onun üzvləri və tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir.
Operativ Media xəvər verir ki, bu barədə Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Minoru Kihara növbəti mətbuat konfransında bəyan edib.
Türkiyədə işinə başlayan alyansın sammitini şərh edən Kihara qeyd edib: "Qlobal çağırışlara lazımi şəkildə cavab vermək üçün həmfikir ölkələr arasında qarşılıqlı fəaliyyət heç vaxt olmadığı qədər vacibdir. Yaponiya NATO, onun üzvləri və tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə böyük əhəmiyyət verir". Avro-Atlantika və Hind-Sakit okean regionlarının təhlükəsizliyinin bir-biri ilə qırılmaz bağlılığı tezisini növbəti dəfə irəli sürən baş katib vurğulayıb ki, Yaponiya sammitdə iştirak etməklə alyansla əməkdaşlığın daha da inkişaf etdirilməsi kursunu təsdiqləmək niyyətindədir.
NATO sammitində Yaponiyanı xarici işlər naziri Toşimitsu Moteqi və müdafiə naziri Şinciro Koizumi təmsil edəcəklər. İlkin olaraq Türkiyədəki sammitə Baş nazir Sanae Takaiçi dəvət olunsa da, tədbirin vaxtı parlamentin sessiyası ilə eyni dövrə təsadüf etdiyindən o, sammitdə iştirak edə bilməyəcək.
Şimali Atlantika Alyansının sammiti 7-8 iyul tarixlərində Ankarada keçiriləcək.