Menyu

Amerikalı tiktoker avtomobilində güllələnib

Operativ Media
Amerikalı tiktoker avtomobilində güllələnib
1 dəq oxu

Amerikalı bloger Floridada Müstəqillik Günündən sonra "Lamborghini" markalı avtomobilinin salonunda güllələnərək öldürülüb.

Operativ Media xəbər verir ki, bu barədə CBS yerli polisə istinadən xəbər verir.

DreamDoll Brii ləqəbi ilə tanınan və TikTok-da təxminən yarım milyon izləyicisi olan Brianna Consonun 21 yaşı olub.

Məlumata görə, Conson "Lamborghini Urus" avtomobilinin sükanı arxasında olarkən, maşına ağ rəngli sedan yaxınlaşıb və oradan naməlum şəxslər atəş açıblar.

Bloger hadisə yerində dünyasını dəyişib.

Əlaqəli Xəbərlər