NATO öz nəqliyyat təyyarələri donanmasını yaradacaq
NATO özünün tanker təyyarələri və uzaqmənzilli nəqliyyat təyyarələri donanmasını, eləcə də kəşfiyyat dronları qrupunu yaradacaq.
Operativ Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Ankarada keçirilən NATO Müdafiə Sənayesi Forumunda bildirib.
Rutte bildirib ki, "Bu gün bir neçə NATO ölkəsi 12 tanker və uzunmənzilli nəqliyyat təyyarəsindən ibarət donanma yaratmaq üçün çoxmillətli təşəbbüsün bir hissəsi olaraq onlarla Airbus təyyarəsinin alınmasını elan edib".
"Digər bir çoxmillətli təşəbbüs NATO-ya yüksək hündürlüklərdə davamlı uçuşlar həyata keçirə və vacib kəşfiyyat məlumatları təmin edə bilən beş Northrop Grumman MQ-4C Triton çoxməqsədli pilotsuz uçuş aparatından ibarət donanma təqdim edəcək", deyə NATO-nun baş katibi qeyd edib.