Menyu

Ermənistanda Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib

Operativ Media
Ermənistanda Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib
1 dəq oxu

Ermənistanda "Çiçəklənən Ermənistan Partiyası"nın lideri Qaqik Tsarukyan barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Operativ Media xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

​Xatırladaq ki, iyulun 6-sı səhər tezdən BHK lideri Qaqik Tsarukyanın malikanəsində, "Multi Qrup" konserninin tərkibinə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də bu müəssisələrin rəhbərlərinin evlərində axtarışlar aparılıb.

​Daha sonra, malikanədəki axtarış başa çatdıqdan sonra Tsarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb. Onunla eyni vaxtda daha bir nəfər də saxlanılıb.

​İstintaq Komitəsi yaydığı məlumatda Tsarukyanın hansı səbəbdən saxlanıldığını açıqlayıb: "İstintaq Komitəsinin İqtisadi cinayətlər və qaçaqmalçılığın istintaqı baş idarəsində araşdırılan cinayət işlərindən biri üzrə Q.T.-nin təşkilatçılığı ilə bir qrup şəxsin 2022–2024-cü illər ərzində xüsusilə külli miqdarda dələduzluq və xüsusilə külli miqdarda çirkli pulların yuyulması əməllərini törətməsinə dair faktiki məlumatlar əldə edilib".

Əlaqəli Xəbərlər