Menyu

Səudiyyə Ərəbistanı İranı Hörmüz boğazında tankerə hücumda ittiham edib

Operativ Media
Səudiyyə Ərəbistanı İranı Hörmüz boğazında tankerə hücumda ittiham edib
1 dəq oxu

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Hörmüz boğazından keçərkən Krallığa məxsus "Wadiyan" tankerinin İran tərəfindən hücuma məruz qaldığını bildirib.

Operativ Media xəbər verir ki, bu haqda Səudiyyə XİN bəyanat yayıb.

​"Xarici İşlər Nazirliyi İran İslam Respublikasının Hörmüz boğazından keçən Səudiyyə Ərəbistanının "Wadiyan" tankerinə, həmçinin Qətərin "Al Rekayyat" tankerinə etdiyi hücumu ən kəskin şəkildə pisləyir".

​Nazirlik vurğulayıb ki, bu cür hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və qlobal enerji tədarükü zəncirini təhlükə altına qoyur. Ər-Riyad Tehrandan "gəmiçiliyin təhlükəsizliyinə xələl gətirən hərəkətləri dərhal dayandırmağı" tələb edib və hücumların nəticələrinə görə tam məsuliyyəti onun üzərinə qoyub.

Əlaqəli Xəbərlər