Menyu

Güclü leysan yağışları Tbilisi hava limanını iflic edib

Operativ Media
Güclü leysan yağışları Tbilisi hava limanını iflic edib
1 dəq oxu

İyulun 7-də Gürcüstanın bir sıra bölgələrində yağan güclü leysan yağışları ciddi fəsadlar törədib. Paytaxt Tbilisidə də problemlər yaranıb.

Operativ Media xəbər verir ki, Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanında fövqəladə vəziyyət yaranıb.

Hava limanında elektrik enerjisinin verilməsi dayanıb. Sərnişinlər gözləmə zalından təxliyə ediliblər.

Hazırda hava limanının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.

Əlaqəli Xəbərlər