Menyu

Özbəkistan prezidenti Belarusa rəsmi səfər edəcək

Şəfa Hüseynli
Özbəkistan prezidenti Belarusa rəsmi səfər edəcək
1 dəq oxu

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun dəvəti ilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 8-9 iyul tarixlərində Belarusa rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar ikitərəfli ticarətin genişləndirilməsi və kənd təsərrüfatı, maşınqayırma, əczaçılıq, tekstil və qida sənayesi və digər sektorlarda əməkdaşlığın dərinləşdirilməsi məsələlərini əhatə edəcək.

Səfər ərəfəsində Minskdə hər iki ölkənin regional nümayəndə heyətləri və biznes nümayəndələrinin iştirakı ilə üçüncü Regionlararası Forum keçiriləcək.

Əlaqəli Xəbərlər