Menyu

Ali Məhkəmənin Plenumunun iclası keçirilib

Operativ Media
Ali Məhkəmənin Plenumunun iclası keçirilib

Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Bu barədə Operativ Media-ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, iclasda "Podrat müqaviləsindən irəli gələn mübahisələr üzrə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin "Podrat müqaviləsindən irəli gələn mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" Plenumun 2026-cı il 7 iyul tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar layihəsi müzakirə edilib.

Sonra "Cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması cinayətinə dair işlər üzrə məhkəmə təcrübəsi, habelə cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitlərini və ya digər əmlakı əldə etmə, onlara sahiblik və ya onlardan istifadə etmə, yaxud sərəncam vermə cinayətinə dair bəzi məsələlər haqqında" Plenumun 2023-cü il 20 fevral tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinin təhlilinə dair arayış müzakirəyə çıxarılıb.

İclasda "Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulması ilə bağlı məhkəmə aktlarına dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərar layihəsi, həmçinin "Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulması ilə bağlı məhkəmə aktlarına dair" Plenumun 2026-cı il 7 iyul tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılmasına dair qərar layihəsi müzakirəyə olunaraq, müvafiq qərar qəbul olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər