Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi iki mühüm sənəd imzalayıblar.
Operativ Media xəbər verir ki, imzalanan sənədlərdən biri "Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimit Krallığı Hökuməti arasında ümumvətəndaş pasportlarına malik şəxslər üçün viza tələbinin qarşılıqlı şəkildə ləğv edilməsi haqqında Saziş" olub.
Bundan əlavə, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimit Krallığının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" da imzalanıb.
Sənədlər Azərbaycan ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, vətəndaşların səfərlərinin asanlaşdırılması, eləcə də energetika sahəsində əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır.