Menyu

CNN: İranın cavab zərbələri nəticəsində ABŞ əsgərləri xəsarət almayıb

Operativ Media
CNN: İranın cavab zərbələri nəticəsində ABŞ əsgərləri xəsarət almayıb
1 dəq oxu

İranın cavab zərbələri zamanı ABŞ hərbçiləri xəsarət almayıb.

Operativ Media xəbər verir ki, bu barədə CNN teleşirkəti öz mənbəyinə istinadən məlumat yayıb.

​CNN-in həmsöhbəti bildirib: "İranın atdığı bütün dron və raketlər ya zərərsizləşdirilib, ya da hədəfə çata bilməyərək ciddi ziyan vura bilməyib".

​Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İslam Respublikasının Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq İrana bir sıra zərbələr endirdiyini açıqlamışdı.

Əlaqəli Xəbərlər