Menyu

"İstəklilər koalisiyası"nın görüşü iyulun 13-də Parisdə keçiriləcək

Operativ Media
"İstəklilər koalisiyası"nın görüşü iyulun 13-də Parisdə keçiriləcək

"İstəklilər koalisiyası"nın iştirakçıları Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün iyulun 13-də Parisdə yenidən görüşəcəklər.

Operativ Media Fransa mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Emmanuel Makron NATO-nun Ankarada keçirilən sammitinin yekunlarına dair bildirib.

Fransa liderinin sözlərinə görə, görüşdə Rusiyanın "kölgə donanması"na qarşı mübarizə tədbirləri, müdafiə sahəsində yeni təşəbbüslər, Ukraynanı dəstəkləmək üçün iştirakçı ölkələrin sənayesinin səfərbər edilməsi, eləcə də Kiyevə əlavə yardım tədbirləri müzakirə olunacaq.

Bundan əlavə, Makron bildirib ki, "İstəklilər koalisiyası" ölkələri birgə hərbi təlimlər keçirməyi planlaşdırır və onun sözlərinə görə, bu təlimlər Ukraynaya dəstəyin planlaşdırılması üzrə birgə işi möhkəmləndirməli və təsdiq etməlidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər