Tramp NATO liderlərinə ABŞ-nin silah istehsalını artırdığını açıqlayıb
Operativ Media
Birləşmiş Ştatlar hərbi məhsulların istehsalını sürətlə artırmaq üçün Vaşinqtonun atdığı addımlar barədə NATO-dakı müttəfiqlərini məlumatlandırıb.
Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən Şimali Atlantika Alyansının sammitinin yekunlarına dair mətbuat konfransında bəyan edib.
"Avropa ölkələri öz silahlı qüvvələrini bərpa etdiyi bir vaxtda ən böyük faydanı Amerikanın hərbi texnikası qazanacaq. Bu texnikanın böyük hissəsini ABŞ-nin müdafiə şirkətləri istehsal edəcək. Onlar Amerika texnikasını istəyirlər, çünki o, daha yaxşı işləyir. Bununla əlaqədar olaraq, Birləşmiş Ştatlarda istehsalın sürətlə artırılması üçün atdığımız addımlar barədə digər liderləri məlumatlandırdım", – deyə o bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net