ABŞ Prezidenti "F-35"lərin Türkiyəyə satışını istisna etməyib
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə beşinci nəsil "F-35" qırıcı-bombardmançı təyyarələrinin tədarükü planlarından imtina edilməsi ehtimalını, demək olar ki, istisna etməyib, lakin bu hərbi texnikanın Ankaraya satılmasına razılıq verməyə meylli olduğunu bildirib.
Operativ Media xəbər verir ki, bu haqda ABŞ lideri Ankarada keçirilən NATO sammitinin yekunlarına dair mətbuat konfransında Türkiyəyə "F-35" tədarükü məsələsinin qəti şəkildə həll olunub-olunmaması ilə bağlı sualı şərh edərkən bildirib.
"Biz bunu etsək də, etməsək də... Mən hələ tam qərar verməmişəm", – deyə o qeyd edib.
Bununla belə, Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq: "Lakin mən belə deməyə meylliyəm: qulaq asın, o, bizə elə kömək edir ki!" – deyə qeyd edib.