Menyu

Ərdoğan: "Türkiyə olmadan Aİ-nin müdafiə təşəbbüsləri təsirsiz olacaq"

Operativ Media
Ərdoğan: "Türkiyə olmadan Aİ-nin müdafiə təşəbbüsləri təsirsiz olacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Avropa İttifaqının NATO-ya üzv olan ölkələri müdafiə təşəbbüslərinin icrasında Ankara ilə əməkdaşlıq etməlidir, əks halda bu addımlar yetərincə effektiv olmayacaq.

Operativ Media xəbər verir ki, o, bu haqda Ankarada keçirilən NATO sammitinin yekunlarına dair çıxışında bildirib.

​"Avropa ölkələrinin müdafiə təşəbbüsləri NATO-nu tamamlamalı və bu sahədə lüzumsuz təkrarlanmaya yol açmamalıdır. Mən müttəfiqlərimizin və Avropa İttifaqı rəhbərliyinin diqqətini mütəmadi olaraq bu vacib məqama cəlb edirəm. Reallıq ondan ibarətdir ki, Türkiyə kimi Aİ üzvü olmayan müttəfiqlər blokun müdafiə təşəbbüslərinə tam cəlb edilməsə, onların effektivliyi olduqca məhdud olacaq", – deyə Türkuyə lideri bildirib. 

​O qeyd edib ki, Türkiyə "NATO-da müxtəlif tapşırıqları uğurla yerinə yetirməyə qadir olan ikinci ən böyük quru ordusuna malikdir". "Biz həmçinin NATO-nun fəaliyyətinə və alyansın missiyalarına çox böyük töhfə veririk. Lakin müdafiə sənayesi məhsullarının ticarəti üçün bəzi maneələrin aradan qaldırılmasına baxmayaraq, məhdudiyyətlər hələ də qalmaqdadır. Onlar qeyd-şərtsiz və dərhal aradan qaldırılmalıdır", – deyə Ərdoğan bəyan edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər