Menyu

Ərdoğan: Hörmüz boğazı müharibə zonasına çevrilməməlidir

Operativ Media
Ərdoğan: Hörmüz boğazı müharibə zonasına çevrilməməlidir
1 dəq oxu

Türkiyə Hörmüz boğazının hərbi əməliyyatlar zonasına çevrilməsinin qarşısını almaq üçün səylər göstərir.

Operativ Media xəbər verir ki, bu barədə respublika Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən ikigünlük NATO sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

​"Hörmüz boğazına gəlincə, Türkiyə əlindən gələni edir. Biz boğazın hərbi əməliyyatlar zonasına çevrilməsini istəmirik. Əgər bunun qarşısını almağa nail olsaq, xoşbəxt olarıq", – deyə Ərdoğan qeyd edib.

​Sammitdəki çıxışı zamanı Türkiyə lideri ölkəsinin Hörmüz boğazının minalardan təmizlənməsi prosesində iştirak etməyə hazır olduğunu bəyan edib.

Əlaqəli Xəbərlər