Menyu

Tramp: İrana yeni zərbələr gəmilərə hücumlara cavabdır

Operativ Media
Tramp: İrana yeni zərbələr gəmilərə hücumlara cavabdır
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerikanın İrana yeni zərbə dalğası Tehranın gəmilərə hücumlarına cavabdır.

Operativ Media-nın məlumatına görə, o, bununla bağlı 8 iyulda "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

"Bu, İranın dünən gəmilərə hücumlarına görə qisasdır. Əgər bu, təkrarlansa, vəziyyət daha da pisləşəcək", - Tramp yazıb və paylaşımına, ehtimal ki, İran ərazisində yanan bir obyektin fotosunu əlavə edib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Tehranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək üçün Amerika hərbçilərinin İrana hücumları bərpa etdiyini bildirib.

Əlaqəli Xəbərlər