Konqoda Eboladan ölənlərin sayı 600-ə çatıb
Operativ Media
Konqo Demokratik Respublikasında Ebola qızdırmasından ölüm hallarının sayı 600-ə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Konqonun Rabitə və Media Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində Eboladan 20 nəfər ölüb. Yoluxma hallarının sayı 1759 nəfərə çatıb ki, bu da əvvəlki günlə müqayisədə 51 nəfər çoxdur. Ölüm nisbəti 34,1%-dir.
Məlumata görə, xəstəxanalarda və tibbi izolyasiya palatalarında müşahidə altında 750 xəstə var.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net