Menyu

ABŞ-də avtobus binaya çırpılıb, 28 nəfər xəsarət alıb

Şəfa Hüseynli
ABŞ-də avtobus binaya çırpılıb, 28 nəfər xəsarət alıb
1 dəq oxu

ABŞ-nin Merilend ştatının Payksvill şəhərində avtobusun iştirakı ilə qəza baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "ABC" məlumat yayıb.

Məlumata görə, avtobus küçədəki binaya çırpılıb və nəticədə yeddi nəqliyyat vasitəsi sıradan çıxıb. Qəza nəticəsində ümumilikdə 28 nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti ağırdır.

Qəzanın səbəbləri müəyyən edilir.

Əlaqəli Xəbərlər