Menyu

Rizvan Nəbiyev: Müasir Azərbaycan diplomatiyası milli maraqlara və qlobal tərəfdaşlığa söykənir

Operativ Media
Rizvan Nəbiyev: Müasir Azərbaycan diplomatiyası milli maraqlara və qlobal tərəfdaşlığa söykənir

Müasir Azərbaycan diplomatiyasının inkişafı ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət strategiyası ilə sıx bağlıdır. O, müstəqil Azərbaycanın xarici siyasət kursunu formalaşdıraraq milli maraqlara söykənən, praqmatik və çoxşaxəli, balanslaşdırılmış diplomatiyanın əsasını qoyub. Bu siyasi məktəb və strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir geosiyasi reallıqlara uyğun şəkildə uğurla davam etdirilir.

Bunu Operativ Media-ya açıqlamasında deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev deyib.

Onun sözlərinə görə, son iki onillikdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası regional çərçivədən çıxaraq qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınıb:

“Bu diplomatiyanın əsas xüsusiyyəti milli maraqların qətiyyətlə müdafiəsi ilə beynəlxalq əməkdaşlığa açıq və konstruktiv yanaşmanın vəhdətdə həyata keçirilməsidir. Prezident İlham Əliyevin şəxsi liderliyi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsində, müxtəlif platformalarda söz sahibinə çevrilməsində mühüm rol oynayır”, – deyə o bildirib.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra ölkənin beynəlxalq nüfuzu daha da artıb:

“Bununla bağlı çoxsaylı nümunələr göstərmək olar. Serbiya prezidenti və Gürcüstan baş naziri Prezident İlham Əliyevin milli maraqları prinsipial şəkildə müdafiə etməklə siyasət yürütməsini digər dövlət başçıları üçün nümunə kimi qiymətləndiriblər. Türk dövlətlərinin liderləri də dəfələrlə Azərbaycan Prezidentinin təşəbbüslərinin Cənubi Qafaz-Mərkəzi Asiya məkanında sülhə və sabitliyə xidmət etdiyini vurğulayıblar.”

Deputat son dövrün diqqətçəkən nümunələrindən biri kimi Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Bakıya səfərini də xatırladıb:

“Bakıda keçirilən mətbuat konfransında o, Prezident İlham Əliyevin sülh və əməkdaşlıq prosesinin irəlilədilməsiində şəxsi liderliyini xüsusi vurğuladı. Bu mesajın dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir.”

R.Nəbiyevin sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyası ilə paralel, enerji, nəqliyyat diplomatiyası da müxtəlif analitik mərkəzlərin hesabatlarında da xüsusi qeyd olunur.

“Otuz illik işğala son qoyulmasında hərbi güclə yanaşı, diplomatik və siyasi vasitələr də həlledici rol oynadı. Prezidentin qətiyyətli mövqeyi və irəli sürdüyü siyasi-diplomatik ultimatum nəticəsində Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan Azərbaycana qaytarıldı”, – deyə o bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan aktiv informasiya diplomatiyası həyata keçirdi:

“Prezident İlham Əliyev Vətən müharibəsinin hər günündə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələrlə təkcə siyasi deyil, informasiya cəbhəsində də Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına həlledici töhfə verdi. Bu müsahibələr nəticəsində Azərbaycanın mövqeyi dünya ictimaiyyətinə birbaşa və operativ şəkildə çatdırıldı, dezinformasiyaların qarşısı alındı. İnformasiya məkanında da Azərbaycanın üstünlüyü təmin edildi.

Müharibədən sonrakı dövrdə isə hərbi müstəvidə əldə olunan uğurların beynəlxalq siyasi platformalarda, diplomatik müstəvidə və informasiya məkanında qəbul olunması baxımından məhz 44 günlük Vətən müharibəsi zamanı əsası qoyulan informasiya diplomatiyası mühüm rol oynadı. Bu gün də həmin strategiya Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir”.

Deputat əlavə edib ki, postmünaqişə dövründə Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq formatlarını genişləndirir, yeni tərəfdaşlar qazanır və əvvəllər təmsil olunmadığı coğrafiyalarda diplomatik fəaliyyətini gücləndirir.

“Bu gün Azərbaycanın artan beynəlxalq nüfuzu Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, prinsipial mövqeyinin və milli maraqlara əsaslanan diplomatik strategiyasının nəticəsidir. Aktiv xarici siyasət və düzgün strateji kurs Azərbaycan diplomatiyasının gələcəkdə də yeni uğurlara imza atacağını deməyə əsas verir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər