Menyu

Azərbaycanda ilk dəfə limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat uğurla icra edilib

Operativ Media
Azərbaycanda ilk dəfə limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat uğurla icra edilib

Səhiyyə Nazirliyinin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında Azərbaycanda ilk dəfə vaskülarizə olunmuş limfa düyünü transferi (Vascularized Lymph Node Transfer – VLNT) əməliyyatı uğurla həyata keçirilib.

Bu barədə Operativ Media-ya Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu müasir rekonstruktiv mikrocərrahiyyənin ən mürəkkəb əməliyyatlarından biri hesab olunan üsul, xroniki limfedemanın, xüsusilə süd vəzi xərçəngi səbəbindən aparılan əməliyyat və limfa düyünlərinin çıxarılmasından sonra yaranan yuxarı ətraf limfedemasının müalicəsində tətbiq edilir.

Əməliyyat zamanı xəstənin kürəyinin yuxarı hissəsində yerləşən paraskapulyar nahiyədən qan damarları ilə birlikdə sağlam limfa düyünləri götürülərək qoltuqaltı nahiyəyə köçürülüb. Mikrocərrahi texnologiyalar vasitəsilə diametri 1 millimetrdən də kiçik olan damarlar xüsusi mikroskop altında birləşdirilib və köçürülmüş toxumanın qan təchizatı tam bərpa edilib.

Paraskapulyar donor sahə dünyada ən təhlükəsiz donor nahiyələrindən biri hesab olunur. Bu sahədən limfa düyünlərinin götürülməsi aşağı ətrafda limfedema yaranması riskini minimuma endirdiyi üçün son illərdə beynəlxalq praktikada geniş tətbiq edilir.

Vaskülarizə olunmuş limfa düyünü transferinin məqsədi limfa dövranını bərpa etmək, yeni limfa damarlarının əmələ gəlməsini stimullaşdırmaq və zədələnmiş nahiyədə limfa drenajını yaxşılaşdırmaqdır. Bu metod sayəsində xəstələrdə qolun şişkinliyinin azalması, təkrarlayan sellülit epizodlarının sayının əhəmiyyətli dərəcədə enməsi, kompressiya vasitələrindən asılılığın azalması və həyat keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması mümkündür.

Beynəlxalq elmi araşdırmalara əsasən, uyğun seçilmiş xəstələrdə əməliyyatdan sonra ətraf həcminin 20–60 faiz azalması müşahidə olunur, eyni zamanda infeksiya epizodlarının tezliyi əhəmiyyətli dərəcədə aşağı düşür.

Bu əməliyyat xroniki limfedemanın II–III mərhələsində olan, konservativ müalicədən kifayət qədər fayda görməyən, təkrarlayan dəri infeksiyaları keçirən və limfa damarlarının ciddi zədələnməsi səbəbindən digər mikrocərrahi üsulların effektiv olmadığı xəstələr üçün nəzərdə tutulur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər