21 Oktyabr 2022, 18:50
Britaniya baş nazirliyinə ilk namizəd bəlli olunub

Penni Mordaunt Britaniya baş naziri postuna namizədliyini irəli sürüb.
"Operativ Media" xəbər verir ki, bununla da o, liderlik iddiasını elan edən ilk şəxs olub.
"Mən Mühafizəkarlar Partiyasının lideri və baş nazir olmaq üçün namizədəm - ölkəmizi birləşdirmək, vədlərimizi yerinə yetirmək və növbəti seçkini qazanmaq üçün”, - deyə o, Tvitterdə yazıb.
Penni Mordaunt hazırda İcmalar Palatasının Rəhbəri vəzifəsini daşıyır. O, 2021-2022-ci illər arasında Beynəlxalq Ticarət Departamentində dövlət naziri olub.