İranın Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirini çağırıb
Şəfa Hüseynli
Böyük Britaniyanın Tehrandakı səfiri Huqo Shorter İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, İran tərəfi Britaniya hökumətinin İslam Respublikası xalqına qarşı qeyri-adekvat rəftarı ilə bağlı Britaniya diplomatik missiyasının rəhbərinə "etiraz" bildirib. Səfirə təqdim edilən notada həmçinin Britaniya rəsmilərinin "İranın təhlükəsizliyini pozmaq cəhdləri ilə bağlı əsassız və yalan iddiaları" qeyd olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma