Menyu

Almaniyanın ixracı may ayında 0,9 faiz artıb

Şəfa Hüseynli
Almaniyanın ixracı may ayında 0,9 faiz artıb
1 dəq oxu

Almaniya ixracatı may ayında gözləntiləri aşaraq aylıq olaraq 0,9 faiz artıb.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Almaniyanın ixracatı ötən ilin eyni ayına nisbətən isə 6,1 faiz artıb.

Eyni dövrdə Almaniyanın idxalı aylıq olaraq 2,5 faiz azalsa da, illik olaraq 6,9 faiz artıb. May ayında Almaniyanın idxalı 118,8 milyard avroya çatıb.

Beləliklə, Almaniya may ayında 19,1 milyard avroluq ticarət profisiti qeydə alıb.

Əlaqəli Xəbərlər