Menyu

Trampın şərəfinə "Palm Beach" hava limanının adı dəyişdirilib

Şəfa Hüseynli
Trampın şərəfinə "Palm Beach" hava limanının adı dəyişdirilib
1 dəq oxu

ABŞ-nin Florida ştatındakı "Palm Beach" Beynəlxalq Hava Limanı rəsmi olaraq ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.

"Bu gündən etibarən Palm Beach Beynəlxalq Aeroportu rəsmi olaraq Donald Tramp Beynəlxalq Aeroportu adlandırılıb", - deyə hava limanının açıqlamasında bildirilir.

Qeyd olunur ki, hava limanının lövhələrinin və interyerinin dəyişdirilməsi bir neçə həftə çəkəcək. Bundan əlavə, 18 avqustda hava limanı kodu PBI-dən DJT-yə dəyişdiriləcək.

Əlaqəli Xəbərlər