07 Aprel 2023, 11:24
ÜST: Koronavirus səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 30 faiz azalıb
ÜST: Koronavirus səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 30 faiz azalıb şəkil
ÜST: Koronavirus səbəbindən ölüm hallarının sayı dörd həftə ərzində 30 faiz azalıb

Dünyada martın 6-dan aprelin 2-dək 3,2 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, təxminən 24 min insan ölüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloji bülletenində bildirilib.

Ötən 28 gün ilə müqayisədə ölüm hallarının sayı 30 faiz, yoluxma hallarının sayı isə 28 faiz azalıb.

ÜST-nin məlumatına əsasən, dünyada dörd həftə ərzində 3 269 486 yoluxma halı və 23 849 ölüm halı qeydə alınıb.

28 gün ərzində ən çox - 626 532 yoluxma halı ABŞ-da aşkar olunub. Daha sonra Rusiya (313 998), Koreya Respublikası (271 162), Yaponiya (202 631) və Fransa (193 359) yer alıb. ABŞ-da martın 6-dan aprelin 2-dək ən çox - 7 458 ölüm halı qeydə alınıb. Daha sonra Böyük Britaniya (2 678), Yaponiya (1 168), Almaniya (1 090) və Rusiya (1 014) qərarlaşıb.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib