Menyu

Oman və İran XİN başçıları Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

Operativ Media
Oman və İran XİN başçıları Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər
1 dəq oxu

Omanın xarici işlər naziri Bədr bin Həməd bin Həmud əl-Busaidi və iranlı həmkarı Abbas Əraqçi telefon danışığı zamanı regiondakı gərginliyi və Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin olunması məsələlərini müzakirə ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Oman Xarici İşlər Nazirliyi məlumat yayıb.

​Bəyanatda bildirilir ki, tərəflər hərbi gərginliyin dayandırılmasının, həmçinin bütün tərəflərin maraqlarını nəzərə alan sülhməramlı siyasi həll yollarının tapılmasının vacibliyini vurğulayıblar.

​Nazirlər, həmçinin Hörmüz boğazı vasitəsilə kommersiya gəmilərinin maneəsiz hərəkətinin və enerji daşıyıcılarının nəqlinin təmin edilməsinin əhəmiyyətini qeyd ediblər.

Əlaqəli Xəbərlər