Menyu

Venesuelada zəlzələ qurbanlarının sayı 3 899 nəfərə yüksəldi

Operativ Media 30 baxış
Venesuelada zəlzələ qurbanlarının sayı 3 899 nəfərə yüksəldi

Venesuelada baş vermiş güclü zəlzələlər nəticəsində ölənlərin sayı 3 899-a çatıb, 16 740 nəfər isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bildirib.

Onun sözlərinə görə, 86 794 ailəyə artıq humanitar yardım çatdırılıb, 16 892 ailə 89 müvəqqəti düşərgədə yerləşdirilib.

Vəziyyət fövqəladə olaraq qalır, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 24 milyon dollar lazımdır. Bu məbləğin təxminən 9 milyon dolları toplanıb.

Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geologiya Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı daha iki yeraltı təkanın qeydə alındığını bildirib. Ölkə rəhbərliyi fövqəladə vəziyyət rejimi elan edib.

İyulun 8-də Venesuelada zəlzələ qurbanlarının sayının 3 685 nəfərə çatdığı qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər