Menyu

Konqoda son sutkada “Ebola”dan 25 nəfər öldü

Operativ Media
Konqoda son sutkada “Ebola”dan 25 nəfər öldü

Konqo Demokratik Respublikasında (KDR) “Ebola” virusundan ölənlərin sayı son sutka ərzində 25 nəfər artaraq 625-ə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyinin gündəlik bülletenində məlumat verilib.

Bildirilib ki, laboratoriya təsdiqli yoluxma hallarının sayı 1792 nəfərə yüksəlib. Ölüm halları üzrə göstərici 34,9 faiz təşkil edir.

Hazırda xəstəxanalarda və tibbi izolyasiya məntəqələrində 764 xəstə müşahidə altında saxlanılır. Son üç həftə ərzində yoluxmuş şəxslərlə təmasda olan insanların aşkarlanma səviyyəsi 78,6 faiz olub.

Qeyd edək ki, hazırkı “Ebola” epidemiyası mayın 15-də KDR-nin şərqində və Uqandada başlayıb. Epidemiyanın əsas ocağı Konqonun İturi əyalətidir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər