Menyu

Putin Trampın sülh təşəbbüsünə baxmayaraq müharibəni genişləndirə bilər

Operativ Media
Putin Trampın sülh təşəbbüsünə baxmayaraq müharibəni genişləndirə bilər

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın sülh təşəbbüsünə baxmayaraq, Ukraynadakı müharibənin sonrakı eskalasiyasına başlaya bilər.

Operativ Media  xəbər verir ki, bu barədə "Reuters" Kremlə yaxın üç mənbəyə istinadən yazıb.

Agentliyin məlumatına görə, Putin Kiyevlə sülh danışıqları çağırışlarını rədd edir, Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın neft emalı zavodları və limanlarına son zərbələri isə onun hərbi əməliyyatları davam etdirmək niyyətini gücləndirib. İki mənbə iddia edir ki, eskalasiya avqust ayında baş verə bilər.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp Vladimir Putinin müharibəni bitirmək istədiyini və münaqişənin nizamlanmasının "çoxlarının düşündüyündən daha yaxın" olduğunu bildirib. Ağ Ev bu məlumatları şərh etməyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Reuters"ə bildirib ki, Moskva sülh yolu ilə nizamlanmaya hazırdır, lakin "xüsusi hərbi əməliyyatı" davam etdirmək üçün kifayət qədər imkanlara malikdir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisindən bildiriblər ki, kəşfiyyat məlumatlarına görə, Rusiya Ukraynada yeni hərbi əməliyyatlara hazırlaşır.

Öz növbəsində Britaniyanın Kral Birləşmiş Müdafiə Tədqiqatları İnstitutunun (RUSI) analitiki Cek Uotlinq Moskvanın NATO ilə münasibətlərdə gərginliyi artırmağa cəhd edə biləcəyini istisna etməyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər