Tacikistan XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
Şəfa Hüseynli
Tacikistan Respublikasının Xarici İşlər Naziri Sirojiddin Muhriddin Azərbaycan Respublikasının Tacikistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əlimirzamin Əskərovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Operativ Media xəbər verir ki, bu barədə Taciksitan XİN məlumat yayıb.
Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafına və qarşılıqlı faydalı əməkdaşlığa yüksək qiymət verdilər.
Nazir səfirə Tacikistan və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net