Hakan Fidan: Yaxın vaxtlarda Ukraynaya səfər edəcəyəm
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, yaxın vaxtlarda Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə münaqişənin dinc yolla nizamlanması perspektivlərini müzakirə etmək üçün Ukraynaya səfər etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, nazir bu haqda TRT telekanalının edirində deyib.
"Mən ötən ay Rusiyanın Prezidenti Vladimir Putin və digər rusiyalı həmkarlarımla görüşdüm, bu məsələləri ətraflı müzakirə etmək imkanımız oldu. Prezidentimizin mesajlarını çatdırdım. ABŞ Prezidenti Donald Trampın da iştirak etməli olduğu NATO sammiti ərəfəsində cənab Putinin mövqeyini öyrənmək vacib idi. Prezidentimiz avropalı liderlər və cənab Tramp ilə görüşləri zamanı müvafiq qiymətləndirmələri diqqətə çatdırdı. Prezidentimiz Ukrayna məsələsi ilə məşğul olmağı bizə yenidən tapşırdı. Tezliklə Ukraynaya gedəcəyəm və ukraynalı həmkarlarımızla da bənzər bir müzakirə aparacağam".