Menyu

ABŞ və İran arasında yeni danışıqlar raundu gələn həftə keçirilə bilər

Operativ Media
ABŞ və İran arasında yeni danışıqlar raundu gələn həftə keçirilə bilər

ABŞ və İran arasında danışıqların yeni raundu növbəti həftə gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə "Axios" mənbəyə istinadən məlumat yayıb.

Görüşün keçiriləcəyi yer İsveçrə ola bilər.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranla qarşılıqlı anlaşma memorandumunun artıq qüvvədə olmadığını bildirmişdi. Onun sözlərinə görə, ABŞ-nin İran obyektlərinə endirdiyi zərbələrdən sonra Tehranla sonrakı danışıqların heç bir mənası yoxdur.

ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu iyunun 17-də imzalanmışdı. Sənəd hərbi əməliyyatların dayandırılmasını və uzunmüddətli sülh sazişinə nail olmaq üçün 60 gün ərzində danışıqların aparılmasını nəzərdə tuturdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər