Menyu

Azərbaycan və Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Operativ Media
Azərbaycan və Meksika arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev bu ölkənin xarici işlər naziri Roberto Velasko Alvaresin akkreditə olunmuş diplomatik korpusla görüşündə iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Bu görüş zamanı o, Xarici İşlər Nazirliyinə (XİN) rəhbərlik etdiyi ilk 100 gününün əsas nəticələrini təqdim edib", - paylaşımda bildirilib.

Görüşün sonunda S. Fətəliyev ilə R. Alvares arasında fikir mübadiləsi aparılıb:

"Azərbaycanın Meksika ilə dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirməyə davam etmək marağı bir daha təsdiqlənib"

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər