Menyu

Türkiyə və Livan liderləri ikitərəfli münasibətləri müzakirə ediblər

Operativ Media
Türkiyə və Livan liderləri ikitərəfli münasibətləri müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın Baş naziri Nəvaf Salamı qəbul edib.

Operativ Media xəbər verir ki, qəbulda Türkiyə-Livan ikitərəfli münasibətləri və regional məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin qardaş ölkə Livanla münasibətlərə əhəmiyyət verdiyini, bu çərçivədə diplomatik təmasları artırmağın əhəmiyyətli olacağına inandığını bildirib.

Livanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin diplomatik təşəbbüsləri davam etdirdiyi, Livanda güvən, əmin-amanlıq və sabitliyin bərqərar olması üçün humanitar yardımlar daxil olmaqla, hərtərəfli dəstəyin davam etdiriləcəyi vurğulanıb.

Həmçinin Livanla Suriya arasında mehriban qonşuluq münasibətlərinin inkişaf etdirməsinin bölgə üçün faydalı olacağı qabardılıb.

Xatırladaq ki, bu görüşün keçirləcəyi barədə daha əvvəl Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər