Menyu

Vyetnamın cənubunda turist qayığının aşması nəticəsində 15 nəfər həlak olub

Operativ Media
Vyetnamın cənubunda turist qayığının aşması nəticəsində 15 nəfər həlak olub
1 dəq oxu

Vyetnamın cənubundakı Fukuok adası yaxınlığında turist qayığının aşması nəticəsində on beş nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə ölkənin “The Star" xəbər portalı məlumat yayıb.

Məlumata görə, qayıq 32 hindistanlı turist və dörd heyət üzvü olub. Hadisə qayıq limandan çıxdıqdan qısa müddət sonra baş verib. Naməlum səbəbdən gəmi aşıb.

Qeyd edilib ki, 21 nəfər xilas edilib, on beş nəfər ölüb. Fövqəladə xidmət qurumları qəzanın səbəbini araşdırır.

Əlaqəli Xəbərlər