Qətərin keçmiş əmiri vəfat etdi
Operativ Media
Qətərin sabiq əmiri, ölkəyə 18 il rəhbərlik etmiş Şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.
Operativ Media xəbər verir ki, bu barədə əmirin ofisi X sosial şəbəkəsində məlumat yayıb.
Rəsmi açıqlamaya əsasən, Şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər dünyasını dəyişib. Bəyanatda onun vəfatının ölkə üçün böyük itki olduğu vurğulanıb.
Şeyx Həməd bin Xəlifə Al Tani müasir Qətərin qurucularından biri və ölkənin inkişafında mühüm rol oynamış siyasi xadim kimi tanınır. Hakimiyyəti oğluna təhvil verdikdən sonra da o, Qətərdə nüfuzlu və böyük hörmət sahibi şəxsiyyət olaraq qalmağa davam edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net