Menyu

Zelenski Ukrayna hökumətini dəyişdirmək niyyətindədir

Operativ Media
Zelenski Ukrayna hökumətini dəyişdirmək niyyətindədir

Volodimir Zelenski ölkənin hazırkı hökumətinin dəyişdirilməsinin vacibliyini və Baş nazir Yuliya Sviridenkonu istefaya göndərmək niyyətində olduğunu bəyan edib.

Operativ Media xəbər verir ki, o, bu haqda öz "teleqram" kanalında yazıb.

​O, xüsusilə Sviridenkoya yeni iş yerinə keçməyi təklif edib. "Biz Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə təfərrüatları müzakirə etdik. Müəyyənləşdirdik ki, dəyişikliklər üçün Nazirlər Kabinetinin yenilənməsi lazımdır. Yuliyaya Baş nazir postundakı aydın, sabit və səmərəli fəaliyyətinə, Ukrayna komandasındakı çoxillik məhsuldar işinə görə təşəkkür etdim və ona yeni, mühüm bir istiqamətə rəhbərlik etməyi təklif etdim", – deyə Zelenski qeyd edib.

​Yuliya Sviridenko hazırda Baş nazirin birinci müavini – energetika naziri vəzifəsini tutan Denis Şmıqalı əvəz edərək 17 iyul 2025-ci ildə Ukraynanın Baş naziri olub. Sviridenkonun istefasından sonra Ali Rada tərəfindən hökumətin yeni tərkibi təsdiqlənənədək Şmıqal avtomatik olaraq Baş nazirin vəzifələrini icra edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər