Menyu

"Axios": ABŞ Hörmüz boğazı yaxınlığındakı raket sistemlərinə zərbələr endirib

Operativ Media
"Axios": ABŞ Hörmüz boğazı yaxınlığındakı raket sistemlərinə zərbələr endirib
1 dəq oxu

Birləşmiş Ştatların silahlı qüvvələri Hörmüz boğazı yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) raket və hava hücumundan müdafiə sistemlərinə, həmçinin hərbi katerlərinə zərbələr endirib.

​Operativ Media xəbər verir ki, bu barədə məlumatı "Axios" portalının jurnalisti Barak Ravid Ağ Ev rəsmisinə istinadən özünün "X" sosial şəbəkəsindəki hesabında paylaşıb.

​Jurnalistin yaydığı məlumata görə, ABŞ ordusunun İranın elit hərbi birləşməsi olan SEPAH-ın boğaz ərazisindəki mövqelərinə qarşı əməliyyatı iyulun 12-də gerçəkləşib. Bildirilib ki, hərbi hava və raket sistemləri ilə yanaşı, korpusa məxsus dəniz vasitələri də bir neçə dəfə hədəfə alınıb.

Əlaqəli Xəbərlər