Menyu

BMT Baş katibi Yaxın Şərqdəki hərbi qarşıdurmadan ciddi narahatlığını bildirib

Operativ Media
BMT Baş katibi Yaxın Şərqdəki hərbi qarşıdurmadan ciddi narahatlığını bildirib
1 dəq oxu

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş Yaxın Şərqdə hərbi gərginliyin yenidən alovlanmasından dərin narahatlıq keçirdiyini bəyan edib.

​Operativ Media xəbər verir ki, bu barədə qlobal təşkilatın rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik tərəfindən jurnalistlər üçün yayılan bəyanatda bildirilib.

​Sənəddə qeyd olunub ki, Baş katib Fars körfəzi zonasında gərginliyin ciddi şəkildə artması, o cümlədən İranın Hörmüz boğazında gəmilərə hücumları, ABŞ-nin İrana qarşı zərbələri və Tehranın qonşu dövlətlərdəki hədəflərə qarşı əməliyyatları ilə müşayiət olunan qarşıdurmadan narahatdır. BMT rəhbəri bu növ hərbi aksiyaların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

​Bəyanatda Antoniu Quterreş bütün tərəfləri maksimum dərəcədə təmkinli olmağa, vəziyyətin daha da kəskinləşməsinə imkan verməməyə və sabitliyin təmini üçün təxirəsalınmaz addımlar atmağa çağırıb.

​O, regionda genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmasının Yaxın Şərq xalqları, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və qlobal iqtisadiyyat üçün fəlakətli nəticələrə yol açacağını xatırladıb.

​BMT Baş katibi ABŞ və İrana müraciət edərək, tərəfləri vaxt itirmədən danışıqlar masasına qayıtmağa və mövcud ixtilafları diplomatik yollarla tənzimləməyə çağırıb.

Əlaqəli Xəbərlər