Menyu

SEPAH ABŞ-nin Küveytdəki HIMARS qurğularını məhv etdiyini iddia edir

Operativ Media
SEPAH ABŞ-nin Küveytdəki HIMARS qurğularını məhv etdiyini iddia edir
1 dəq oxu

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyulun 12-də ABŞ-nin Küveytdə yerləşən hərbi obyektlərinə zərbələr endirərək "HIMARS" yaylım atəşli reaktiv sistemlərinin buraxılış qurğularını və sursat anbarlarını sıradan çıxarıb.

​Operativ Media xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" agentliyi yayıb.

​Agentliyin mətbuatda yer alan məlumatına görə, ABŞ-yə məxsus hərbi texnikaların vurulması əməliyyatı pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. İddia olunub ki, həmin raket sistemləri artıq İran ərazisinə zərbələr endirmək üçün tam hazır vəziyyətə gətirilibmiş.

​Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Hörmüz boğazında kommersiya gəmisinə edilən hücuma cavab olaraq, iyulun 12-nə keçən gecə İran ərazisindəki təxminən 140 hədəfə zərbələr endirildiyini bəyan etmişdi. Rəsmi Tehran isə öz növbəsində ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektlərini raket atəşinə tutub. İran tərəfindən törədilən hava hücumlarının dəf edildiyi barədə Küveyt, Bəhreyn, Qətər, BƏƏ və Oman rəsmiləri məlumat yayıblar.

Əlaqəli Xəbərlər