Menyu

Hindistanda Qətər əmirinin atasının vəfatı ilə bağlı matəm elan edilib

Operativ Media
Hindistanda Qətər əmirinin atasının vəfatı ilə bağlı matəm elan edilib
1 dəq oxu

Hindistan hökuməti Qətər əmirinin atası şeyx Həməd bin Xəlifə Al Taninin dünyasını dəyişməsi ilə əlaqədar iyulun 13-nü ölkədə birgünlük ümummilli matəm günü elan edib.

​Operativ Media xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

​Nazirliyin bəyanatına əsasən, yas günü ilə əlaqədar ölkə ərazisindəki bütün dövlət binalarında Hindistanın dövlət bayrağı endiriləcək. Bununla yanaşı, bazar ertəsi günü keçirilməsi planlaşdırılan bütün rəsmi əyləncə tədbirləri təxirə salınıb.

​Hindistanın Baş naziri Narendra Modi Qətər əmirinin atasının vəfatı ilə bağlı başsağlığı verərək, mərhumu uzaqgörən lider və Hindistanın yaxın dostu kimi xarakterizə edib.

​Qətər Əmirinin Divanından verilən məlumata görə, 1995–2013-cü illərdə ölkəni idarə etmiş şeyx Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib. O, 2013-cü ilin iyununda könüllü olaraq hakimiyyətdən oğlu – hazırkı əmir şeyx Təmim bin Həməd Al Taninin xeyrinə imtina edib və həmin vaxtdan bəri rəsmi olaraq əmirin atası titulunu daşıyıb.

Əlaqəli Xəbərlər