Menyu

Almaniya Ukraynaya 50.000 qırıcı dron almağı maliyyələşdirəcək

Şəfa Hüseynli
Almaniya Ukraynaya 50.000 qırıcı dron almağı maliyyələşdirəcək
1 dəq oxu

Almaniya Ukrayna üçün 50.000 döyüş dronunun alınmasını maliyyələşdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Almaniya Ukrayna üçün Amerika müdafiə texnologiyaları şirkəti Auterion-dan proqram təminatı ilə təchiz olunmuş "Shrike" tipli dronlar alacaq.

Şirkətin baş direktoru xəbəri təsdiqləyərək müqavilənin təxminən 90 milyon avro dəyərində olduğunu bildirib. Nəşrin məlumatına görə, bu, Ukraynada müharibənin başlanğıcından bəri Qərb hökumətlərinin ən böyük dron alışlarından biridir.

Əlaqəli Xəbərlər