Meksikada baş verən yol qəzasında 16 nəfər ölüb
Şəfa Hüseynli
Meksikada baş verən yol qəzasında ən azı 16 nəfər ölüb.
Operativ Media xəbər verir ki, bu barədə "Excelsior" qəzeti məlumat yayıb.
Məlumata görə, qəza Qvadalaxara-Tepik magistral yolunda baş verib.
Nəşr bildirib ki, yük maşını əyləcə basa bilməyib və magistral yolda dayanan bir neçə avtomobilə çırpılıb. Daha sonra yanğın baş verib.
Yük maşını sürücüsü istintaq aparılana qədər saxlanılıb. Hadisə yerində axtarış əməliyyatı davam edir. Təcili yardım xidmətləri ölənlərin sayının daha çox olacağını istisna etmir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
