Menyu

Polşa Rusiya və Belarusla sərhədlərdə təlimlər keçirəcək

Operativ Media
Polşa Rusiya və Belarusla sərhədlərdə təlimlər keçirəcək
1 dəq oxu

"Ordu təlimləri iyulun 13-ü və 14-də Polşanın şimal-şərqində, Belarus və Rusiya ilə sərhəd yaxınlığında keçiriləcək".

Operativ Media xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin əməliyyat komandanlığı məlumat yayıb.

"Bu ilin 13-14 iyul tarixlərində Polşanın şimal-şərqində Polşa Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələrinin planlaşdırılmış təlimləri keçiriləcək. Təlimlərin məqsədi döyüş hazırlığını qorumaq və döyüş bacarıqlarını təkmilləşdirməkdir", - məlumatda qeyd olunub.

Təlimlərin dəqiq yeri, eləcə də iştirak edən bölmələr və silahlar barədə məlumat verilməyib.

Əlaqəli Xəbərlər