Menyu

Yəmənin Mülki Aviasiya İdarəsi ölkədəki bütün hava limanlarını bağlayıb

Operativ Media
Yəmənin Mülki Aviasiya İdarəsi ölkədəki bütün hava limanlarını bağlayıb
1 dəq oxu

Yəmənin Mülki Aviasiya və Meteorologiya Baş İdarəsi növbəti xəbərdarlığa qədər ölkə ərazisindəki bütün hava limanlarının hava hərəkəti üçün dərhal bağlandığını elan edib.

​Operativ Media xəbər verir ki, bu barədə qurumun aviaşirkətlərə və beynəlxalq təşkilatlara ünvanladığı rəsmi bəyanatda bildirilir. Sənəddə Yəmən Respublikasına reyslər reallaşdıran bütün daşıyıcılardan uçuşların dərhal dayandırılması tələb olunur.

​Qərardan öncə isə ölkənin Müdafiə Nazirliyi İrana məxsus təyyarənin enişinin qarşısını almaq məqsədilə Sana hava limanının uçuş-enmə zolağına zərbə endirildiyini açıqlayıb. Nazirlikdən bildirilib ki, "Ənsar Allah" hərəkatının husi üsyançıları milli aviasiyanın paytaxt aeroportundan istifadəsinə qadağa qoysalar da, İran təyyarəsinin ölkə hava məkanına daxil olmasına şərait yaradıblar.

​Husilərin nəzarətindəki Xarici İşlər Nazirliyi isə hücuma görə Səudiyyə Ərəbistanını ittiham edərək, bu addımı müharibə elanı və deeskalasiya mərhələsinin sonu kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər