Menyu

Sahibə Qafarova Böyük Britaniya parlament nümayəndəsi ilə görüşüb

Operativ Media
Sahibə Qafarova Böyük Britaniya parlament nümayəndəsi ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova iyulun 13-də Britaniya Parlamentinin üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənə azad olunmuş ərazilərdəki yenidənqurma haqqında məlumat verib.

Bu barədə Operativ Media-ya Milli Məclisdən məlumat verilib.

Bildirilib ki, görüşdə parlamentlərarası əlaqələrin ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərin mühüm hissələrindən biri olduğu vurğulanaraq, qanunverici orqanlar arasında sıx əlaqələrin qurulması və qarşılıqlı təmasların genişləndirilməsindən razılıq bildirilib.

Spiker Sahibə Qafarova özünün Birləşmiş Krallığa səfərlərini və Birləşmiş Krallıq Parlamentinin İcmalar Palatasının sədri Ser Lindsi Hoyl ilə görüşlərini, həmçinin, parlamentarilər arasında qarşılıqlı səfərləri xatırladaraq qeyd edib ki, bu təmaslar parlamentlər arasında mövcud olan əlaqələrin daha da inkişafına xidmət edir.

Tərəflər həmçinin, dostluq qrupları arasında müsbət dialoq və görüşlərin, həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın də önəmini vurğulayıblar.

Böyük Britaniya Parlamentinin üzvü Bob Bləkmən Azərbaycana növbəti səfəri, ölkədə və paytaxt Bakıda gördükləri haqqında müsbət təəssüratlarını bölüşüb. O, Birləşmiş Krallığın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq, bu istiqamətdə parlamentlərin rolunu qeyd edib.

Görüşdə həmçinin, hazırda regionda mövcud olan vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh prosesi haqqında da danışılıb. Spiker Sahibə Qafarova qonağa işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən nəhəng yenidənqurma və bərpa işləri haqqında məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər