Menyu

Tramp: ABŞ Hörmüz boğazından daşınan yüklərdən 20 faiz rüsum tələb edəcək

Operativ Media
Tramp: ABŞ Hörmüz boğazından daşınan yüklərdən 20 faiz rüsum tələb edəcək

Amerika Birləşmiş Ştatları Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmin edilməsi müqabilində buradan daşınan bütün yüklərin dəyərinin 20 faizini kompensasiya olaraq almaq niyyətindədir.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Ağ Ev rəhbəri bildirib ki, İrandan başqa bütün dövlətlər sözügedən su keçidindən ədalətli və açıq şəkildə istifadə edə biləcəklər.

​D.Trampın sözlərinə görə, rəsmi Vaşinqton bundan sonra "Hörmüz boğazının qoruyucusu" kimi tanınacaq. O qeyd edib ki, dünyanın bu qeyri-sabit bölgəsində təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərcləri ödəmək üçün ədalət prinsipinə uyğun olaraq nəql edilən yüklərin dəyərinin beşdə biri həcmində kompensasiya tutulacaq. Prezident bu prosesin və müvafiq strukturun formalaşdırılmasına dərhal başlanılacağını vurğulayıb.

​Qeyd edək ki, qlobal neft ticarətinin təqribən 25 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) daşımalarının isə təxminən 20 faizi məhz Hörmüz boğazı vasitəsilə həyata keçirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər